Psixotrop maddəni ovcunda gizlətməyə çalışan şəxs ələ keçdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, "Mazımçay" gömrük postunda Gürcüstandan tranzit keçməklə Türkiyə Respublikasından idarə etdiyi "Mercedes-Benz Actros" markalı avtomobillə yük gətirən Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Milli.Az-a verilən məlumata əsasən, gömrük baxışı zamanı avtomobildə qanunla qadağan edilən heç bir predmet aşkar edilməyib. Buna baxmayaraq, əməliyyat məlumatını dəqiqləşdirmək üçün vətəndaşın üzərində şəxsi yoxlama keçirilməsi zərurəti yaranıb.
Öncə vətəndaş sorğu-sual olunub. O, üzərində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Sonra vətəndaş əynindəki gödəkçənin cibindən telefonunu, siqaret qutusunu, avtomobilin açarlarını və eyni zamanda kağız pullarını çıxarıb. Lakin əsginasları ovcunda saxlayaraq, digər predmetləri masanın üzərinə qoyub. Gömrük əməkdaşları vətəndaşdan ovcunda saxladığı kağız pulları da gömrük nəzarətinə təqdim etməyi tələb edib.
Daha sonra əsginaslara baxış zamanı onların arasında bir ədəd kağız bükülü olduğu görünüb. Həmin bükülünün içərisində isə bükümlə birlikdə çəkisi 0,8 qram olan metamfetamin qırıntıları aşkar edilib.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin"in I Siyahısına daxildir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı metrosunda interval azalacaq? - Rəsmi
-
Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı
-
Azad edilmiş ərazilərdə 661 mina və PHS zərərsizləşdirilib
-
Ekspres avtobuslarda yeni qayda
-
Dələduzların yeni üsulu: “MilliÖn” adı ilə saxta ödəniş səhifələri yaradıldı
-
Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
XƏBƏR LENTİ
-
Rusiya Ukraynada 3 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı
-
Bakı metrosunda interval azalacaq? - Rəsmi
-
Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı
-
Azad edilmiş ərazilərdə 661 mina və PHS zərərsizləşdirilib
-
"Tvente" Bakıya 150 azarkeşlə gələcək
-
Azərbaycanın Rusiyaya qeyri-neft ixracı artıb
-
Kremldən Ermənistana KTMT ilə bağlı açıq mesaj
-
Ekspres avtobuslarda yeni qayda
-
Dələduzların yeni üsulu: “MilliÖn” adı ilə saxta ödəniş səhifələri yaradıldı
-
Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
-
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər - Rəsmi
-
Pakistanın Baş Qərargah rəisi Tehrana səfər edib
-
Rüfət Səfərovla bağlı məhkəmədən qərar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanım Mehriban Əliyeva ilə Buxaraya səfərinə dair paylaşım edilib - (Video)
-
Ərinin ölümünü intihar kimi göstərmək istədi - Sabunçudakı qətlin üstü açıldı
-
Bakıya “yağış yağan” avtobuslar gətirilib
-
Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır
-
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub
-
Göyçayda 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
-
40 dərəcəyədək isti olacaq - Proqnoz
-
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
-
Lökbatanda ATS işçisi hasardan yıxılaraq öldü
-
Universitetlərə qəbul nəticələri nə vaxt açıqlanacaq? - Rəsmi
-
Cəlilabadda ziyarətgah ərazisindən sümük qalıqları çıxarıldı





