Ölkə

ARB24 “Deutche Welle” ilə əməkdaşlıq edəcək

8 Fevral 2020 18:30
0 Şərh     Baxış: 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın ilk xəbər kanalı olan ARB24 beynəlxalq əlaqələrini genişləndirir.

Milli.Az xəbər verir ki, bu günlərdə ARB24 telekanalı ilə Almaniyanın "Deutsche Welle" beynəlxalq ictimai teleradio kompaniyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Razılaşmaya əsasən, ARB24 telekanalına "Deutsche Welle"-nin bir sıra verilişlərini yayımlamaq hüququ verilib. Əməkdaşlıq 2 mərhələdə həyata keçiriləcək. İlk mərhələdə dünyada maraqla izlənilən "Tomorrow Today", "Global3000" və "Reporter" layihələri ARB24-də yayımlanacaq. Növbəti mərhələdə isə, daha 5 layihənin yayımlanması nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində birgə teleməhsulların istehsalı da planlaşdırılır.

Bu sazişlə ARB24 "Deutsche Welle"-nin Azərbaycanda ilk tərəfdaşı olub.  

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.