Ölkə

İstanbulda təyyarənin 30 metrdən aşağı düşdüyü qəzanın ANBAAN VİDEOsu

6 Fevral 2020 10:53
1 Şərh     Baxış: 4 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İzmirdən İstanbula uçan sərnişin təyyarəsinin qəzaya düşdüyü anlar kameraya tuş gəlib. 

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, təyyarə Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.

Qəza zamanı təyyarədə olan 179 nəfərdən 3-ü dünyasını dəyişib. Digər yaralıların vəziyyətlərinin yaxşı olduğu bildirilir. 

İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəzada yaralananlardan biri azərbaycanlıdır. Azərbaycanın İstanbuldakı Baş konsulluğundan verilən məlumata görə, hazırda bu şəxsin kimliyi araşdırılır.

Qeyd edək ki, qəzaya uğramış təyyarədə Türkiyə ilə yanaşı, ABŞ, Çin, İraq və digər ölkələrin vətəndaşları olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.