Ölkə

Azərbaycanda modul tipli təmizləyici qurğuların vəziyyəti yoxlanılacaq

5 Fevral 2020 09:44
0 Şərh     Baxış: 1 136
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisindəki modul tipli təmizləyici qurğularla bağlı real vəziyyəti müəyyən etmək üçün artıq monitorinqlərə başlayıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, insanların təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2007-ci ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir çox kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılıb. Hazırda bu qurğulara "Azərsu" ASC tərəfindən xidmət göstərilir:

"Modul tipli təmizləyici qurğularla bağlı real vəziyyəti müəyyən etmək üçün artıq monitorinqlərə başlanılıb. Qurğuların vəziyyəti ilə bağlı monitorinqlər keçirildikdən sonra nəticələr hökumətə təqdim olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.