Ölkə

Novruz bayramında bir həftə iş olmayacaq

3 Fevral 2020 18:11
6 Şərh     Baxış: 10 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Novruz bayramında bir həftə iş olmayacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır.

Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür.

Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.

Eyni zamanda 8 mart - Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, martın 9-u qeyri-iş günü olacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.