Ölkə

Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı

3 Fevral 2020 17:54
0 Şərh     Baxış: 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 2-də keçirilən sınaq imtahanının nəticələrini elan edib.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Bakalavrlar imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 847 nəfərdən 19 nəfər imtahana gəlməyib. 1 nəfərin üzərində mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və nəticəsi ləğv olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.