Ölkə

Bakıda seçicilər əleyhinə reklam kağızları yapışdıran şəxs saxlanılıb

1 Fevral 2020 14:29
Baxış: 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özünü Həqiqət Sosialist Hərəkatın üzvü kimi təqdim edən Ənvər Cəlilov Xətai rayonu ərazisində qanunverciliyin tələblərini pozduğuna görə saxlanılıb.

Milli.Az xəbər verir ki, Bakı şəhər BPİ mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 30-da onun rayon ərazisində yerləşən məktəblərin birinin qarşısında seçki lövhəsinə seçicilərin əleyhinə olan reklam kağızları yapışdırmaqla ictimai qaydanı pozması müəyyən olunub.

Vətəndaş müvafiq olaraq, ərazi üzrə polis bölməsinə gətirilməklə əməlinin hüquqazidd olması ona izah olunub və barəsində İnzibati Xətallar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Onun əməllərində inzibati xətanın tərkib elementləri olduğundan qanunverciliyə uyğun olaraq müvafiq tədbir görülməklə sərbəst buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.