Bəzi media orqanlarının qanunsuz əməlləri araşdırıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Komissiya ilk olaraq Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Rubrika.az" və "Bizimxeber.az" saytlarına qarşı şikayətini araşdrıb. Məlum olub ki, "Rubrika.az" saytında institut barədə yayımlanmış yazıda qarşı tərəfin rəyi öyrənilməyib, məqalə birtərəfli qaydada verilib. Sayta tövsiyyə edilib ki, qarşı tərəfin mövqeyi dərc edilsin, yanlışlar aradan qaldırılsın. "Bizimxeber.az" saytının təmsilçiləri isə bildiriblər ki, faktların dəqiqləşdirilməmiş olduğu nəzərə alınaraq, material saytdan çıxarılıb.
Bakı şəhər sakini Rövşən Məhərrəmovun "Xeberim.com" və "Xeberin.info" saytlarına qarşı şikayəti araşdırılarkən bəlli olub ki, qeyd edilən saytlarda şikayətçi barədə dərc edilən materialar birtərəfli, rəy öyrənilmədən, dəqiqləşdirilmədən verilib. Bununla yanaşı, şikayətçinin şəxsiyyəti barədə təhqiramiz ifadələr işlədilib ki, bu da "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na (AJPDQ) ziddir. Digər tərəfdən, xəbər saytı KİV haqqında qanunun tələblərini pozaraq, öz rekvizitlərini, əlaqə nömrələrini, ünvanını təqdim etməyib, qarşılıqlı əlaqə saxlanılmasını imkansız edib. Komissiya rəy verib ki, belə davranış həm AJPDQ-ya, həm də KİV haqqında qanunvericiliyə ziddir.
Bakı şəhər sakini Sevda Qasımovanın "Detektiv Lyuks" qəzetinə qarşı şikayəti də araşdırılıb. Komissiya müəyyən edib ki, şikayətçini narazı salan məqamda dələduzluq ehtimalı var və Mətbuat Şurasının səlahiyyətləri çərçivəsində həll edilməsi imkansızdır. Tövsiyyə edilib ki, şikayətçi hüquq-mühafizə orqanlarına müraciət etsin.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İsraildə 5 ağır əməliyyat keçirdim
-
Bu yolda çökmə halları niyə təkrarlanır?
-
Gəncədə fərdi yaşayış evində yanğın oldu
-
Niyə bazar ertəsi özümüzü yorğun hiss edirik?
-
Masallıda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
-
Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik - Vyetnam Prezidenti
-
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır
-
Hörmüz boğazında ABŞ PUA-sı məhv edildi
-
Bakıda kişi futbol oynayarkən öldü
-
Yol polisi sürücülərə müraciət etdi
-
YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi - Kamaləddin Qafarov
-
Tramp və Putin görüşünün pərdəarxası
-
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Türkiyəli aktyor çəkiliş zamanı yaralandı, əməliyyat oldu - (Foto)
-
Səhiyyə naziri həmkarının ürəyini əməliyyat etdi - Qırğızıstanda
-
UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı
-
İşləyən pensiyaçılarla bağlı yeni xəbər
-
Neftin qiymət bahalaşdı
-
Vyetnamda Azərbaycan xalq mahnısı “Ey Vətən” ifa olunub - (Video)
-
Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək
-
Peruda güclü zəlzələ baş verdi
-
Şəmkirdə qadın abort zamanı öldü
-
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - (Foto)





