Ölkə

Koronovirusla bağlı Kliniki Tibbi Mərkəzə 3 nəfər müraciət etdi, çinli tələbə xəstəxanaya yerləşdirildi

31 Yanvar 2020 16:29
6 Şərh     Baxış: 11 966
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda koronovirus xəstəliyi ilə şübhəli olan 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə Yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında mərkəzin baş həkimi Ədalət Dadaşov məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərdən bir nəfər Çində təhsil alan azərbaycanlı, 1 nəfər Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakultəsində təhsil alan Çin vətəndaşı, digər şəxs isə Krasnoyarsk vilayətində yaşayan və hazırda Bakıda olan azərbaycanlıdır: "Çində təhsil alan azərbaycanlı və Krasnoyarsk vilayətindən gələn şəxs yoxlanılıb, analizlərin cavabları mənfi gəldiyi üçün evə buraxılıb. Yanvarın 27-də 1 mərkəzə daxil olan çinli tələbə isə hazırda müalicəsini davam etdirir. Onun da analizlərinin cavabı mənfi gəlib, özünü normal hiss edir və yaxın günlərdə evə buraxılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.