Ölkə

Seçki bülletenlərində bu namizədlərin adının üstünə xətt çəkiləcək

27 Yanvar 2020 11:22
0 Şərh     Baxış: 1 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində namizədliyini geri götürən şəxslərin seçki bülletenlərində adının üstündən xətt çəkiləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnaistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, imkan olduğu halda, namizədin adı bülletendən çıxarılacaq.

M.Pənahov bildirib ki, əgər namizədin adı seçki bülletenindən çıxarılmasa, yerlərdə Seçki Məcəlləsinin tələbinə görə, namizədin adının üstündən xətt çəkiləcək: "Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları heç seçki bülleteninə düşməsin".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.