Ölkə

Avtovağzal: Gecə reyslərindən 23 min sərnişin istifadə edib

25 Yanvar 2020 10:22
1 Şərh     Baxış: 1 016
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən il avtobuslar üçün istifadəyə verilən gecə reyslərindən ən çox səfər "Qırmızı körpü" istiqamətinə olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

Onun sözlərinə görə, ilin sonuna qədər 411 reys həyata keçirilib:

"Bildiyimiz kimi ötən ilin oktyabr ayının 1-dən gecə reysləri istifadəyə verilib. Gəncə, Qırmız körpü, Mingəçevir və Şəki istiqamətlərində hərəkət edən avtobuslarla ümumi 411 reys həyata keçirilib. Bu reyslərlə 23 min sərnişin daşınıb".

P.Məmmədova əlavə edib ki, "Qırmızı körpü" istiqamətindən sonra ən çox gecə səfərləri Gəncə və Şəkiyə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.