Ölkə

Azərbaycan Texniki Universitetində yeni təyinat

24 Yanvar 2020 15:54
0 Şərh     Baxış: 1 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Texniki Universitetində (AzTU) yeni təyinat olub.

Universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərovanın Milli.Az-a veridyi məlumata görə, texnika elmləri namizədi, dosent Malik Qarayev magistratura və doktorantura şöbəsinə müdir təyin olunub.

Malik Qarayev 1990-cı ildə Azərbaycan Texniki Universitetini (keçmiş Azərbaycan Politexnik İnstitutunu) fərqlənmə diplomu ilə bitirib. O, yeni təyinata qədər Fövqəladə Hallar Nazirliyi Akademiyasının Tədris şöbəsinin rəisi vəzifəsində çalışıb. Əmək fəaliyyətini AzTU-nun "Maşınqayırma texnologiyası" kafedrasının dosenti vəzifəsində davam etdirib. Qeyd edək ki, şöbənin bundan əvvəlki müdiri Elçin Rzayev universitetdə keçirilən dekan seçkisində iştirak edərək "Xüsusi texnika və texnologiya" fakültəsinin dekanı seçilib. O vaxtdan magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsi vakant olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.