Azərbaycanda koronavirusa yoluxma halı istisna edilmir - Baş infeksionist
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın baş infeksionisti Cəlal İsayev 2019-nCoV adlı koronavirusun ölkəmizə keçmə ehtimalını dəyərləndirib.
Milli.Az bildirir ki, C.İsayevin Trend-ə açıqlamasına görə, Azərbaycanda koronavirusa yoluxma halı yoxdur, amma onun ölkədə olma ehtimalı da istisna edilmir.
Baş infeksionist Azərbaycana virusun gətirilməməsi üçün qabaqlayıcı tədbirlərin görüldüyünü nəzərə çatdırıb:
"Azərbaycandan Çinə, eləcə də Çindən Azərbayacana istər ticarət, istərsə də turizm məqsədilə gələn insanlar var. Amma buna baxmayaraq, bu gün koronavirusun ölkəmizə gətirilmə ehtimalı o qədər də yüksək deyil".
C.İsayev qeyd edib ki, koronaviruslara yoluxma çox sıx təmas zamanı baş verir. Yoluxma mədə-bağırsaq və hava-damcı yolu ilə mümkün ola bilər. Daha təhlükəli yoluxma isə hava-damcı yolu ilə baş verir. Bu halda adətən, ağciyərlərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunur:
"Bu virusun mənbəyi inək, qoyun, donuz, keçi, eləcə də it, pişik və s. ola bilər. Belə xəstə ev heyvanlarından alınan qida məhsullarından istifadə etdikdə virus insana keçə bilər. Lakin indiki virusun təhlükəliliyi ondan ibarətdir ki, virus insanlara hava-damcı yolu ilə keçir. Ümumiyyətlə, koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur".
C.İsayev deyib ki, koronavirusa yoluxma zamanı insanlarda müşahidə edilən ilkin əlamətlər kəskin respirator virus xəstəliklərindəki kimi olur:
"Bu zaman insanlarda zökəm əlamətləri - burun tutulma, asqırma, halsızlıq, hərarətin yüksəlməsi və s. olur. Əgər xəstəlik ağır gedişatlı olarsa, ağciyər çatışmazlığı baş verir, bu da sonda ölümə səbəb ola bilir".
Qeyd edək ki, 2019-nCoV adlı koronavirus ötən ilin dekabr ayının sonlarında Çinin Uhan əyalətində qeydə alınıb. Virus artıq Çindən kənarda - Cənubi Koreya, Yaponiya, ABŞ və Taylandda aşkarlanıb. Sinqapur, Honqkonq və Avstraliyada şübhəli infeksiya halları qeydə alınıb.
Yeni koronavirusun törətdiyi bu xəstəliyə indiyədək 532 nəfərin yoluxduğu, 17 xəstənin isə öldüyü bildirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ronaldodan gözlənilməz qərar
-
Gəncədə pizzadan zəhərləndilər
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Millimiz hesabı açdı - (Yenilənib)
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq





