Milli Məclisə seçkilərlə əlaqədar treninqlər başlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən hazırlanan maarifləndirmə proqramı çərçivəsində növbəti irimiqyaslı layihə olan aşağı seçki komissiyaları üçün treninqlərə başlanılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, layihə ilə bağlı MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
R.Qasımov bildirib ki, Milli Məclisə seçkilərdə iki mərhələdən ibarət treninq layihəsi hazırlanıb. Onun sözlərinə görə, bu gündən başlayaraq dörd gün ard-arda keçiriləcək "Trenerlər üçün treninq" adlı ilk mərhələ Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən müxtəlif əyani və metodiki vəsaitlərdən istifadə edilməklə praktiki məşğələlər şəklində keçirilir: "Hər seçki dairəsindən iki təmsilçi olmaqla, dairə seçki komissiyalarının ümumilikdə 250 yerli treneri treninqlərin bu mərhələsində seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə edirlər.
Mərkəzi Seçki Komissiyasının nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı çərçivəsində ərsəyə gələn treninq layihəsinin əsası hələ 18 il öncə - 2002-ci ildə qoyulub. "Seçkidən-seçkiyə təkmilləşdirilərək 2008-ci ildən etibarən forma və məzmunca daha da genişləndirilən treninqlər mütəmadi qaydada bütün seçkilərdə keçirilməklə, dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkar vərdişlərinin gücləndirilməsində xüsusilə mühüm rol oynayır. Treninqlərdə seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna halları əyani şəkildə səhnələşdirilməklə iştirakçılara nümayiş etdirilir, həmçinin praktiki məşğələlər zamanı əhatə olunan mövzular geniş müzakirə edilərək ortaya çıxan suallar cavablandırılır".
MSK sədrinin müavini əlavə edib ki, layihənin məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq ikinci mərhələsi yanvarın 27-dən başlamaqla, seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir həftə - fevralın 2-dək davam edəcək:
"Treninqlərin keyfiyyətini artırmaq və səmərəliliyini daha da yüksəltmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanan cədvələ əsasən məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərin də praktiki formada və 36 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə kiçik qruplar şəklində keçirilməsi nəzərdə tutulur. Treninqlər zamanı bütün iştirakçılara təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfindən hazırlanan "Seçki günü üçün Yaddaş" kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri material və vəsaitlər də təqdim olunacaq. Seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsində olduqca mühüm əhəmiyyət kəsb edən treninq layihəsi, ümumilikdə 32000-dən artıq aşağı seçki komissiyası üzvünü əhatə edir".
MSK sədrinin müavinin sözlərinə görə, bu treninqlərin özünəməxsusluğu odur ki, treninqlərin gedişində seçki günü prosesləri əhatə olunur və praktiki məşğələlərə geniş yer verilir: "Qanunvericiliyə əsasən, ortaya çıxan bir sıra müstəsna hallarla bağlı müvafiq addımlar atılır. Digər tərəfdən treninqlər kiçik qruplar şəklində olan məntəqə seçki komissiyası üzvlərinə yönəlib. Biz çalışırıq ki, hər bir qrupda 35-36 məntəqə seçki komissiyası üzvü olsun. Bununla da kiçik qrupların daha interaktiv şəkildə proseslərə qoşulması və praktiki məşğələlər zamanı onların hamısının iştirakı təmin olunsun".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda 9 mərtəbələr niyə 5 mərtəbələrdən bahadır? - Qiymətlər
-
Bakıda 30 yaşlı kişi şüşəni yumruqla sındırdı, həyatını itirdi
-
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
-
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib - (Foto)
-
Ağsuda 30 hektarlıq ərazi yandı - Yanğına səbəb olan şəxs saxlanıldı
-
Nikol Şerzinger ağır yanıq xəsarətləri ilə səhnəyə çıxdı - (Foto)
XƏBƏR LENTİ
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
Bakıda 9 mərtəbələr niyə 5 mərtəbələrdən bahadır? - Qiymətlər
-
Bakıda 30 yaşlı kişi şüşəni yumruqla sındırdı, həyatını itirdi
-
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
-
Hakan Çalhanoğlu klubunu dəyişir
-
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib - (Foto)
-
Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur
-
Ağsuda 30 hektarlıq ərazi yandı - Yanğına səbəb olan şəxs saxlanıldı
-
Nikol Şerzinger ağır yanıq xəsarətləri ilə səhnəyə çıxdı - (Foto)
-
Bir gündə 34 cinayət açıldı - DİN-dən yeni məlumat
-
Azərbaycanda ən çox alınan avtomobillər - Siyahı
-
Əməkdar artist: "Atacan, səndən bir xahişim var, o dünyada anamdan muğayət ol"
-
Manatla bağlı hamını maraqlandıran sual: Devalvasiya olacaq?
-
Fərhad Gündoğdu saxlanıldı
-
Azərbaycan nefti 123 dollardan aşağı düşdü
-
UEFA Mbappeyə ağır cəza verdi
-
Türkiyə ərəb dünyasına liderlik edə bilərmi? - Əsas maneə açıqlandı
-
Hava ilə bağlı son məlumat
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
Bərdədə at arabasını avtomobil vurdu - Ölən var
-
"Qarabağ"ın legioneri millidə zədələndi
-
Qumralın əri də müğənniliyə başladı - (Video)
-
Millətlər Liqası: Fransa Belçika yığmasına qalib gəldi
-
Neftin qiyməti kəskin bahalaşdı





