Ölkə

Sabah gözlənilən güclü küləklə bağlı gəmilərin hərəkətinə məhdudiyyət qoyulmayıb

22 Yanvar 2020 20:01
0 Şərh     Baxış: 1 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanın ərazi sularında gəmilərin hərəkəti üçün heç bir təhlükə yoxdur, limanlar açıqdır, gəmilərin giriş-çıxışına məhdudiyyət qoyulmayıb".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov bildirib.

Onun sözlərinə görə, Xəzər Dəniz Akvatoriyasında yanvarın 23-də cənub-qərb, qərb küləyinin sürəti 18-23 metr saniyədən, arabir 25-28 metr saniyəyədək güclənəcək. 23-ü axşam isə küləyin şimal-qərb küləyi ilə əvəz olunacağı, 18-23 metr saniyədən, arabir 25-28 metr saniyəyə çatacağı gözlənilir. Dalğanın hündürlüyü 2-3 metr, sonrakı inkişafda isə 3-5 metr olacaq:

"Azərbaycanın ərazi sularında gəmilərin hərəkəti üçün heç bir təhlükə yoxdur, limanlar açıqdır, gəmilərin giriş-çıxışına məhdudiyyət qoyulmayıb.

Vurğulayaq ki, Dövlət Dəniz Agentliyinin müasir avadanlıqlarla təchiz olunan Milli Mərkəzi təcrübəli kapitanlar tərəfindən idarə olunur. Gündəlik iş rejimində olduğu kimi fasiləsiz olaraq həyata keçirilən xidmət zamanı Azərbaycanın ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinə peşəkar kapitanlar tərəfindən nəzarət edilir.

Dövlət Dəniz Agentliyinin rəhbərliyi Milli Mərkəzlə daim əlaqə saxlayır və gəmilərin hərəkətinin təhlükəsizliyinin təminatı tam diqqətdə saxlanılır. Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Qeyd edək ki, Xəzəryanı dövlətlər arasında yalnız Azərbaycanda fəaliyyət göstərən Milli Mərkəzdə quraşdırılan müasir avadanlıqlar vasitəsilə Xəzər dənizi daxil olmaqla dünya okeanlarının hər hansı bir koordinatlarında hərəkətdə olan gəmilər də mütəmadi müşahidə oluna bilir.

Milli Mərkəz tərəfindən eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.