Ailəsindən küsüb evdən qaçan yeniyetmələr - Aqressivlik haradan qaynaqlanır? - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar yeniyetmələrin küsərək evdən qaçması halları çoxalıb. Həssas yaş dövrünü yaşayan uşaqlar valideynlərinin hər xırda kobudluğuna emosional reakasiya verir və bu yolla onları cəzalandıracaqlarını düşünürlər.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə doğru" proqramında sujet yayımlanıb.
Hənifəli Hüseynov - Şagird: - "Mənim dediyimi eləmirlər, haqsızlıq edirlər, ona görə telefonla oynamağa qoymurlar, mən də danışmıram onlarla" .
Lətifli Kənan - Şagird: "Bir gün telefonla oynamaq istəyəndə anam icazə vermədi, ona görə əsəbləşib şüşəni sındırmışam".
Ata-analar çox vaxt övladlarında olan özünəqapanma və depressiyaya əhəmiyyət vermir, bunu ciddiyə almırlar. Əslində isə onların da dərdləşməyə, valideyn məsləhətinə ehtiyacı var. Bu ehtiyac ailədə ödənməyəndə isə kənarda axtarmağa başlayırlar.
Şəhla Cabbarova - Pedaqoq: "Aqressivlik həddindən artıq çoxdur. Bir də görürsən ki, bir-birindən ayrılan valideynlər olur. Ailə münasibətləri pozulur və o, uşaqlara çox pis təsir edir. Ata ayrı evdə yaşayır, ana ayrı evdə yaşayır. Biz valideyinləri ilə çalışırıq ki, həmin məsələlərdə onlara kömək edək".
Yenitemələrin psixologiyasına ən çox zərbə vuran isə ailədaxili münaqişələrdir. Ata və ana arasındakı mühabisələr, boşanma halları onların yaddaşında silinməz izlər buraxır.
Vüsalə Babayeva - Yetkinlik Komisiyyasının məsul katibi: "Əgər boşanmaların qarşısı alınarsa, uşaqlar psixoloji təsirə düşməz. 2020-ci ilin yanvar ayında biz bir ailənin barışmağın təşkil eləmişik, o ailə dağılmayıb. Yəni uşaqlar da normal yaşayır... Uşaqlarla maariflənidirci tədbirlər aparılır, ictimai tərbiyəçi təyin edilir.
Fərrux Əliyev - Psixoloq: "Ailədə valideyn tərəfindən uşağa yerli-yersiz basqılar çox olduqda, artıq o, yeniyetmə yaşına çatanda özünü göstərir. Necə ki, yeniyetmə həssaslıq dövrünü yaşayır, valideyn də ona həssas yanaşmalıdır, dost kimi yanaşmalıdır".
Özünəqapanan, ailəsindən küsən, evdən qaçmağa meylli olan yeniyetmələri tək qoymamaq lazımdır. Valideyn ona hər dəstəyi verməlidir ki, uşağın psixoloji problemləri daha da böyüməsin.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
XƏBƏR LENTİ
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)





