Ölkə

AQTA saxta yağlarla bağlı xəbərdarlıq etdi

17 Yanvar 2020 14:39
0 Şərh     Baxış: 1 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təəssüf ki, "SN Qida Təchizat" MMC Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sertifikatını saxtalaşdıraraq onu "Belorusskaya Korova" əmtəə nişanlı yağın sertifakatı kimi təqdim edib və "Bizim market"ə təqdim edib. Təbii ki, həmin şirkət sahibkarı da aldatmağa cəhd edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

O bildirib ki, həmin əmtəə nişanı altında ümumiyyətlə kərə yağı yoxdur: "Ekspertizanın nəticəsi onu göstərdi ki, həmin yağ kərə yağı deyil. Bu cür faktların aşkarlanması üçün sahibkarlar məsuliyyətli olmalıdırlar. Faktla bağlı materiallar hazırlanaraq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Bu işdə günahı olan insanlar cəzalandırılacaqlar".

Q.Təhməzli bir müddət əvvəl spirtli içkidən baş verən zəhərlənmə hadisəsi barədə da danışaraq bildirib ki, spirtli işçikilərlə bağlı aparılan araşdırmanın nəticəsinə görə, bu cinayətdə iştirak edən 15 şəxs barəsində məhkəmə qərarları ilə onlar barəsində həbs qətimkan tədbiri tətbiq olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.