Ölkə

MSK YAP üzvünün namizədliyini qeydə almadı

15 Yanvar 2020 17:34
0 Şərh     Baxış: 1 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Azərbaycan Partiyasının (YAP) öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş üzvünün namizədliyi qeydə alınmayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib ki, namizədliyini 96 saylı Goranboy-Naftalan seçki dairəsindən irəli sürmüş Topçuyev Azər Yusif oğlu öz sənədlərini dairə seçki komissiyasına təqdim etməkdən imtina edib.

O bildirib ki, dairə seçki komissiyasına inanmadığı üçün sənədlərini DSK-ya təqdim etməyib və daha sonra valideynlərinin iştirakı ilə sənədlərini təqdim edəcəyini bildirib. Lakin valideyinləri gəlsə də, namizəd yenə də sənədlərini təqdim etməyib. Belə olan halda dairə seçki komissiyası onun namzədliyini qeydə almayıb. Lakin namizəd sonradan Mərkəzi Seçki Komissiyasına müraciət edərək namizədliyinin qeydə alınmamasından şikayət edib.

MSK müraciətə baxaraq namizədin müraciətinin əsassız olduğunu bildirib və DSK-nın qərarını qüvvədə saxlayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.