Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) İstintaq və Təhqiqat İdarəsinin rəisi Polis polkovniki Nazim İsmayılov vəzifəsindən azad olunaraq, Bakı şəhər BPİ-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, təyinatla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.
Milli.Az