Ölkə

"Seçkilərdə namizədlərin seçiciləri ilə görüşü üçün lazımi şərait təmin olunub"

13 Yanvar 2020 13:22
Baxış: 745
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə namizədlərin seçiciləri ilə görüşməsi üçün lazımi şərait təmin olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bütün seçki dairələrində namizədlərin öz seçiciləri ilə görüşməsi üçün ciddi tələblərə cavab verən yerlər ayrılıb:

"Həmin ərazilər MSK tərəfindən yoxlanılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq açıq və qapalı yerlər müəyyənləşib. Həmin yerlər rəsmi şəkildə mətbuatda da dərc edilib. Namizədlər sərbəst şəkildə ayrılmış yerlərdə seçiciləri ilə görüşə bilərlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.