Ölkə

Qar şimaldan Bakı istiqamətinə nəqliyyatın hərəkətini çətinləşdirib

2 Yanvar 2020 18:09
3 Şərh     Baxış: 8 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarlı hava şəraiti ölkənin şimal rayonlarından paytaxt Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qusar və Quba rayonlarından üzü Bakı istiqamətində avtomobillər yollarda qalıb. Hazırda paytaxta doğru gələn yolda sıxlıq müşahidə olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə bildirilib ki, ağır texnikalar yollara qum səpilməsi ilə məşğuldur.

Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi sürücülərə yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq etmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən ölkədə yanvarın 2- si axşamdan yanvarın 5-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozu verilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.