Ölkə

Bakıda qırmızı işıqda keçən taksi qəza törətdi - ANBAAN VİDEO

29 Dekabr 2019 11:54
0 Şərh     Baxış: 2 457
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda iki avtomobilin yolayrıcında toqquşması ilə nəticələnən qəza anı kameraya düşüb. 

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Hənifə Ələsgərov və Səməd Vurğun küçələrinin kəsişməsində baş verib. 

Qəzaya səbəb Səməd Vurğun küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında keçməsi olub. 

Belə ki, Hənifə Ələsgərov küçəsindən Səməd Vurğun küçəsinə çıxan digər "Mercedes" sürücüsü qarşısına çıxan eyni markalı avtomobilə dəyib. 

Qeyd edək ki, hər iki avtomobil taksi fəaliyyəti ilə məşğul olur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.