Ölkə

Ramiz Mehdiyev: "Yüksək Texnologiyalar Parkında işlər müasir tələblər səviyyəsində qurulmayıb"

28 Dekabr 2019 13:36
Baxış: 1 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaradılmasından 3 il keçməsinə baxmayaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında işlər müasir tələblər səviyyəsində qurulmayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev qurumun bu gün keçirilən ümumi yığıncağında deyib.

Onun sözlərinə görə, hər bir institut dövlət proqramlarından irəli gələn məsələnin həllində öz yerini müəyyən etməlidir:

"Akademiya öz intellektual potensialı ilə mühüm dövlət proqramlarının, elmi-tədqiqat layihələrinin əsas eksperti funksiyasını həyata keçirməlidir. Təəssüf ki, bu günə kimi akademiya bu məsələlərdən kənarda qalıb. Elmi fəaliyyət sahəsində mövcud olan nöqsanların, elmi müəssisələrdə tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması işinin düzgün qurulmamasının nəticəsidir ki, hazırki şəraitdə respublika üçün faydalı ola biləcək yüksək ixtisaslı kadrların xarici ölkələrə, sahibkarlıq fəaliyyəti sahəsinə və digər strukturlara axını günümüzün reallığıdır. Bütün bu nöqsanların aradan qaldırılması üçün akademiyanın strukturu tamamilə yenidən qurulmalı, onların inkişaf hədəfləri, prioritetləri müəyyənləşdirilməli və təxirəsalınmaz tədbirlər keçirilməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.