Ölkə

Şahin Diniyevin evindən oğurlanan əşyaların biri qaytarıldı

27 Dekabr 2019 11:02
1 Şərh     Baxış: 2 409
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan milli futbol komandasının keçmiş baş məşqçisi Şahin Diniyevin evinin yağmalanmasına görə cinayət işi başlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ş.Diniyevin Sabunçu rayonunda yerləşən evində kirayə yaşayan Xaliq adlı şəxs və onun tanışı olan qadın evin əşyalarını satıblar. Ş.Diniyevin polisə müraciətindən sonra araşdırma aparılıb. Hər iki şəxsin ifadələri alındıqdan sonra qadın sərbəst buraxılıb. Xaliq adlı şəxs isə cinayəti törətməkdə təqsirli bilinərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat istintaq tədbirləri davam etdirilir. Ş.Diniyevə 7 min manat ziyan dəyib. Hazırda istintaq ona dəyən ziyanın ödənilməsinə çalışır. Artıq məişət əşyalarından biri satılan şəxsdən tapılaraq sabiq baş məşqçiyə qaytarılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.