Ölkə

"704 kənd təsərrüfatı layihəsinə 20 724 milyon manat kredit ayrılıb"

26 Dekabr 2019 14:02
0 Şərh     Baxış: 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ildə Aqrar Kredit və İnkişaf Agentliyinin kənd təsərrüfatı istehsalı vasitələrindən istifadəyə görə investisiyalarının ümumi məbləği 132,258 milyon manat, o cümlədən, faizsiz kredit və subsidiyanın məbləği 89,909 milyon manat olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Agentliyin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, Agentlik vasitəsilə güzəştli şərtlərlə 4 068 ədəd kənd təsərrüfatı texnikası satın alınıb, bundan başqa, satın alınan kənd təsərrüfatı heyvanının sayı 4 510 ədəd olub.

O qeyd edib ki, 704 kənd təsərrüfatı layihəsinə 20 724 milyon manat kredit ayrılıb.

Hazırda Agentlik tərəfindən 22 layihə reallaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.