Ölkə

Növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə vəsiqəsinin verilməsinə başlanılır

26 Dekabr 2019 09:36
0 Şərh     Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində seçiciyə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr səsvermə gününə 45-25 gün qalanadək, yəni 2019-cu il dekabrın 26-dan 2020-ci il yanvarın 15-dək təqdim edilməlidir.

Həmçinin dekabrın 26-da səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasınа və sayınа aid tələblərin təsdiq edilməsi müddəti başa çatır. Belə ki, tələblər səsvermə gününə azı 45 gün qalanadək təsdiq edilməlidir.

Həmçinin dekabrın 26-da səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi müddəti başa çatır.

Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən KİV-də seçkiqabağı ödənişsiz təşviqat aparmaq məqsədilə yer ayrılacaq teleradio verilişləri təşkilatlarının və dövri nəşr redaksiyalarının siyahısının Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilməsi müddəti də dekabrın 26-da başa çatır.

Nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyalarının, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dairə seçki komissiyaları tərəfindən dərc edilməsi prosesi başa çatır.

Bundan əlavə seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına və sayına aid tələblərin təsdiq edilməsi prosesi dekabrın 26-da başa çatır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.