Ölkə

Qızından imtina etmək istəyən ana canlı yayımda göz yaşı tökdü: “Məni ərinin qohumlarına döydürürdü” - VİDEO - FOTO

25 Dekabr 2019 19:34
0 Şərh     Baxış: 3 144
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az xəbər verir ki, ARB TV-nin "Elgizlə İzlə" verilişinə müraciət edən qadın övladından imtina etmək istədiyini deyib:

"Qızımın 17 yaşı var idi. İstədilər mənə də nişanladım ki, qaçırmasınlar. Sonra qızımı qaçırdılar. Mən də o ailəni polisə verdim. Evlərinə hücum edib, evin şüşələrini sındırdım. Nənə, qayınana, kürəkən və xalaları məni döydülər. Qızım o an çıxıb demədi ki, anamı niyə döyürsünüz? Elə övladı bağışlamaq olarmı? Bu hadisələrə görə, onlar məni bağışlamaq istəmirlər. Yoldaşım həbsdədir. Özüm asma xəstəsiyəm. Müalicə ilə yaşayıram. Mənim bu çətin günlərimdə qızım yanımda olmursa nə edirəm elə övladı?! İki nəvəm olub. Onları da indiyədək mənə göstərmirlər. Mən də qızımdan imtina etmək istəyirəm. 7-ci sinifdə oxuyan oğlum var. Qızım evdə qeydiyyatdadır. Sabah mən öləndə istəmirəm ki, gəlib nəsə tələb etməyə haqları olsun. Məni ər tərəfinə döydürən qız mənə lazım deyil. Barışmaq fikrim də yoxdur".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.