Ölkə

Umayra Tağıyeva: "Hazırkı anomal istilər..."

25 Dekabr 2019 16:57
4 Şərh     Baxış: 3 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Son günlər havanın bu fəsil üçün xarakterik olmayan formada isti keçməsi meteohəssas insanlara mənfi təsir göstərmir. Çünki insanların istənilən hava şəraitinə uyğunlaşması baş verir. Məsələn, bizim vətəndaşlar şimal ölkəsinə səyahət edəndə iqlim fərqinin yaranması onlara mənfi təsir edir. Azərbaycanda, xüsusilə də Abşeron zonasında yaşayanlar isə qışın mülayim-isti keçməsinə öyrəşiblər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, hava şəraiti anomal isti keçəndə azhərəkətli hava kütləsi yaranır və belə şəraitdə temperatur yüksəlməsi müşahidə olunur:

"Bu da qatı dumanın yaranması üçün zəmin yaradır. Son dövrlərdə sahildə yerləşdiyi üçün Abşeron yarımadasında və Bakıda dumanlı günlərin sayı artır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.