Ölkə

Hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılması başa çatır

21 Dekabr 2019 12:13
0 Şərh     Baxış: 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda fevralın 9-a təyin edilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması müddəti başa çatır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, məntəqələr dairə seçki komissiyaları tərəfindən (seçicilərin olduqları ərazilərdə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) və bələdiyyə qurumlarının başçıları ilə birlikdə) səsvermə gününə azı 50 gün qalanadək, 2019-cu il dekabrın 21-dək yradılmalıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.