Ölkə

Azərbaycanın bu universitetində ilk dəfə tələbə-rektor seçildi - FOTO

20 Dekabr 2019 18:04
0 Şərh     Baxış: 1 456
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 27-dən universitetin ayrı-ayrı fakültələrində start götürən seçkidə tələbələr açıq səsvermə yolu ilə, bərabər və demokratik əsaslarla  öz seçimlərini ediblər.

Milli.Az xəbər verir ki, AzTU-nun  7 fakültəsindən seçilən hər bir namizəd universitetin əməkdaşlarından ibarət Seçki komissiyasının üzvləri qarşısında platformalarını təqdim ediblər.

Çıxışlardan sonra tələbə-rektor namizədlər arasında gizli səsvermə keçirilib. Qaydalara əsasən hər bir namizəd şəxsən özünə və özü ilə yanaşı digər 1 nəfər namizədə səs verə bilər.

Səsvermənin nəticəsinə görə,  AzTU-nun ilk tələbə-rektor seçkisinin qalibi "İnformasiya və kommunikasiya texnologiyaları" fakültəsinin II kurs tələbəsi Əli Abdullazadə olub.

Seçkidən sonra AzTU-nun rektoru Vilayət Vəliyev tələbə-rektor Əli Abdullazadəni qəbul edib, ona yeni fəaliyyətində uğurlar arzulayıb.

Bir il müddətinə seçilən tələbə-rektor, ona verilən səlahiyyətlər daxilində AzTU-da təhsil alan tələbələrin maraqlarını təmsil edəcək.

Əli Abdullazadə 2001-ci il iyunun 15-də Bakıda anadan olub. Yasamal rayonu 52 nömrəli məktəbin məzunudur.

Əli Abdullazadə Karatenin Kempo növü üzrə Avropa və dünya çempionudur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.