Ölkə

"Özəl ekspertizanın yaradılması inqilabi hadisədir" - Fuad Cavadov

20 Dekabr 2019 11:45
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məhkəmə ekspertiza sahəsində dəyişiklik edilməsi inqilabi hadisədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov deyib.

Onun sözlərinə görə, əvvəllər ekspertiza aparılması müddəti göstərilmirdi. Bu da əhali arasında narazılığa səbəb olurdu: "Ekspertizanın icra müddəti ilə bağlı əvvəllər yubanmalar olurdu. Yeni dəyişikliyə görə, ekspertiza müddəti iş ekspertizaya təqdim olunan gündən hesablanır. Ekspert 5 gün müddətində nəticələr barədə məhkəməyə vəsatət qaldırmalıdır. Məhkəmə də 3 gün ərzində ekspertiza müəssisəsinə vəsatəti təmin edib-etməyəcəyi barədə məlumat verməlidir. Vəsatət təmin olunana qədər icra dayandırılır. Vəsatət təmin olunandan sonra icraya başlana bilər. Bu, məhkəmə ekspertiza sahəsində bir inqilabdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.