Ölkə

Bakı-Sumqayıt yolunda qəza olub, yaralıların sayı bilinmir

19 Dekabr 2019 15:14
0 Şərh     Baxış: 2 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı-Sumqayıt yolunda qəza baş verib.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qəzanın olması barədə Təcili Tibbi Yardıma saat 13:47-də məlumat daxil olub:

"Hadisə yerinə Təcili Yardım briqadaları yollanıb. Qəza nəticəsində xəsarət alan 3 qadın Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda müalicələri davam edir. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir. Hadisə şahidləri həkimlərə qəza zamanı xəsarət alan digər şəxslərin də olduğunu bildiriblər. Həmin adamlar yoldan keçən avtomobillərə əyləşərək tibb müəssisələrinə müraciət ediblər. Bu səbəbdən də yaralıların sayı hələlik dəqiq bilinmir. Tibb müəssisələrindən məlumat daxil olduqca, xəbər veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.