Ölkə

Bakının mərkəzində böyük söküntü planı: “Gecəqondu”lar tarixə qovuşur

19 Dekabr 2019 11:59
3 Şərh     Baxış: 3 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hələ 2014-cü ildə Nəsimi rayonu İcra Hakimiyətinin başçısı Nəsib Məhəməliyevin dövründə "Papanin", "Xutor" adlanan ərazilərdə böyük söküntü olacağı anonsu verilmişdi. Ozamankı başçı bildirmişdi ki, metro tikintisi ilə əlaqədar ərazidəki 101 fərdi ev söküləcək, sahiblərinə kompensasiya ödəniləcək.

Milli.Az xəbər verir ki, ərazi həm də yeni metrostansiyanın istifadəyə veriləcəyilə əlaqədar olaraq diqqət mərkəzindədir. Çünki "Bakı Metropoliteni" QSC "Papanin" adlanan ərazidə şərti adı "B3" olan (şərti adı "B3" olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir - red.) stansiyanın 2020-ci ildə istifadəyə veriləcəyini açıqlayıb.

Bəs yeni açılacaq stansiyanın ətrafındakı "gecəqondu" adlanan evlərin aqibəti necə olacaq?

Məsələ ilə bağlı Nəsimi rayonu İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Elgün Əlizadə Modern.az-a bildirib ki, hələlik söküntü işləri təxirə salınıb:

"Ümumilikdə bu barədə dəqiq məlumat yoxdur. Amma böyük ehtimalla, söküntü işlərinə stansiyanın açılışından sonra baxılacaq. "Papanin", "Xutor" ərazilərindəki söküntülər böyük layihələrdir.

Onlar planlaşdırılmalı, maliyyə ayrılmalıdır ki, söküntü işlərinə başlanılsın. Bunlar dövlət tenderləri olduğu üçün maliyyə vəsaiti tələb edilir. Qəzalı evlərin, binaların hamısı tədricən söküləcək".

Layihənin yekunlaşmasına gəlincə, şöbə müdiri bunun işlərə başlanıldıqdan sonra bəlli olacağını diqqətə çatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.