Ölkə

"Range Rover”lə qəzaya düşən Hacı Mazandan XƏBƏR VAR

19 Dekabr 2019 11:49
2 Şərh     Baxış: 2 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunda ağır qəzaya düşən iş adamı Hacı Mazan (Ramazan Əliyev) Almaniyada müalicəsini davam etdirir.

Milli.Az xəbər verir ki, Hacı Mazannın oğlu Bayram Zeynalov Unikal.org-a açıqlamasında bildirib ki, atasının səhhətində irəliləyiş var:

"Allaha çox şükür yaxşıdır. Almaniyada müalicəsi davam etdirir. Onun vəziyyəti stabilləşib, alqalıdır və danışa bilir".

Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover"ində qəzaya uğrayıb. Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.