Ölkə

İlin əvvəlində 14 növ müavinət, 7 növ prezident təqaüdü artırılıb - Nazir müavini

17 Dekabr 2019 15:34
Baxış: 1 499
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əgər bu günə qədər sosial müavinətlərin maliyyə yükü 400 milyon manata yaxın idisə, növbəti ildən bunun maliyyə yükü iki dəfə artırılaraq 800 milyon manata çatdırılacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, bu il sosial müavinətlərin məbləğində ciddi dəyişikliklər olunub. Bu ilin əvvəlində 14 növ müavinət, 7 növ prezident təqaüdü artırılıb.

A.Kərimov əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi üçün sosial paketlərin nəzərdən keçirilməsi ilə bağlı verdiyi tapşırağa uyğun olaraq, mütəmadi tədbirlər həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.