Ölkə

Azərbaycanın üç tarixi məkanı İSESKO-nun İslam İrsi Siyahısına salınıb

16 Dekabr 2019 20:49
0 Şərh     Baxış: 1 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın üç tarixi məkanı İSESKO-nun İslam İrsi Siyahısına daxil edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Mərakeşin paytaxtı ər-Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasının yekun sənədinə əsasən, ölkəmizin İçərişəhər (Qız Qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri bu siyahıya salınıb. Ümumiyyətlə, 117 tarixi və mədəniyyət obyekti İslam Dünyası İrs Siyahısına, Yəməndə yerləşən 3 abidə isə İslam ölkələrində dağılmaq təhlükəsi olan abidələr siyahısına salınıb.

Qeyd edək ki, İSESKO-nun irs və mədəniyyətlə bağlı yeni strategiyası, həmçinin İslam dünyasında mədəni və tarixi irsin qeydə alınması və qorunması sahəsində fəaliyyətin gücləndirilməsini hədəfləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.