Ölkə

Bu il Bakıda 6791 şagird bir məktəbdən digərinə köçürülüb

16 Dekabr 2019 17:44
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şagirdlərin elektron yerdəyişməsi nəticəsində bu il Bakıda 6791 şagird bir məktəbdən digərinə köçürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, 2019-cu ildən etibarən ilk dəfə olaraq ümumi təhsil müəsissələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib.

R.Tağıyev bildirib ki, bu il BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 877, tam orta təhsil səviyyəsi üzrə isə 556 nəfər fərqlənmə attestatı ilə bitirib. Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i isə gümüş medala layiq görülüb.

Bu il 48 mindən çox uşaq birinci sinfə qəbul edilib. 2019-2020-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 48 763 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 45 637-si ümumi təhsil məktəblərini, 3 126-sı isə lisey və gimnaziyaları seçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.