Ölkə

Bakıda sürücü avtomobilinə ziyan vuran avtoxuliqandan şikayət edib - VİDEO - FOTO

16 Dekabr 2019 12:19
0 Şərh     Baxış: 1 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Azneft" dairəsində yol-hərəkəti qaydalarını pozan "VAZ 2107" markalı avtomobil "Opel"ə markalı avtomobilə çırpılıb. 

"Opel"in sürücüsü Vahid Ələkbərovun APA-ya verdiyi məlumata görə, o, idarə etdiyi avtomobillə hərəkətdə olan zaman iki "VAZ 2107" markalı avtomobil avtoxuliqanlıq edərək onun qarşısını kəsib. Sürücü V.Ələkbərov bununla bağlı Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət etdiyini deyib. 

Səbail Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşlarının keçirdiyi tədbir zamanı "VAZ 2107" markalı avtomobili idarə edən Nuru adlı şəxs saxlanılıb. O, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb. Hər iki sürücünün izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.