Haluk Levent Sura üçün xeyriyyə konserti verib - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər şey bir tvitlə başladı və möhtəşəm solo konsertlə başa çatdı.
Artıq xəbər verdiyimiz kimi, bir müddət öncə məşhur rok ifaçısı Haluk Levent şəxsi Tvitter hesabında bildirdi ki, təsisçisi olduğu "Ahbap" xeyriyyə cəmiyyətinə limfoma xərçəngindən əziyyət çəkən 22 yaşlı Azərbaycanlı Sura Nadirova müraciət edib. Qeyd etdiyimiz tvitdə ifaçı Azərbaycanın paytaxtı Bakıda Suraya dəstək məqsədilə xeyriyyə konserti keçirməyə hazır olduğunu vurğulayıb və qardaş ölkəni birliyə səsləyib.
Bakı türkiyəli ifaçının təşəbbüsünə səssiz qalmadı: "iTicket.az" və "Nargis" Fondunun təşkilatı, "A+A events", "Hilton Baku Hotel", "Elektra Events Hall" dəstəyi ilə 7 dekabr tarixində Elektar Events Hall-da Haluk Leventin Sura üçün möhtəşəm konserti baş tutdu. H.Levent konsertdən bir qədər öncə "Hilton Baku Hotel"-də təşkil olunmuş mətbuat konfransında media nümayəndələrinə bildirdi ki, bu təşəbbüs həm bir həftə sonra ilik nəqli köçürülməsi əməliyyatına ehtiyacı olan Suraya dəstək, həm də iki qardaş milləti bir araya gətirmək, iki ölkənin digər sənətçilərini də bu cür iri miqyaslı xeyriyyə tədbirlərinə qoşulmağa səsləmək məqsədini daşıyır.
Konsert zamanı Haluk Levent professional yanaşma sərgilədi: iki saatdan artıq çəkən bu konsertdə ifaları, performansı, publikayla ünsiyyəti ilə heyranlarına, xeyriyyəçilərə və Suraya dəstək məqsədi ilə gələn hər bir kəsə unudulmaz bir axşam bəxş etdi.
Bilet satışından əldə olunan gəlir 41 400 AZN təşkil etdi. Tezliklə ilik nəqli köçürülməsi əməliyyatı keçirəcək Sura Nadirovaya şəfa və ən tez zamanda sağalmasını arzu edirik!
Konsertin media dəstəyi LevelUp agency, İctimai TV, Trend.az, Milli.az, Day.az, Azernews.az, Azərtac, 1news.az, tərəfindən həyata keçirildi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
XƏBƏR LENTİ
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"





