Bakıda azyaşlı övladlarına işgəncə verən ata həbs edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz facebook səhifəsində məlumat yayıb.
Məlumatda bildirilir ki, aparılmış istintaqla Ağcabədi rayon sakini Xəqani Əkbərovun Nüranə Əkbərova ilə köməksiz vəziyyətdə olan övladları Qulu Əkbərov və Hüseyn Əkbərzadəni Zabrat qəsəbəsində yaşadıqları evdə mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə fiziki ağrılar yetirərək 2019-cu ilin oktyabr ayında Q.Əkbərova alın və burun nahiyələrinin ikinci dərəcəli termiki yanıqları, mexaniki asfiksiyaya səbəb olmayan boyun nahiyyəsinin stranqulyasiya şırımı, sol said nahiyəsinin sıyrığı, sol bazu sol dirsək oynağı və sol baldır nahiyyələrinin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid, H.Əkbərzadəyə isə sağ ayağın dərialtı hematoması ilə müşayiət olunan sağ ayaqda V ayaq-daraq sümüyünün yerini dəyişən qapalı sınığı, sol budun, sol baldırın və sol ayağın dərialtı hematomaları, sağ yanaq-çənə nahiyəsinin, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin sağ saidin, döş qəfəsinin, sağ budun, sağ diz və sağ aşıq-baldır oynağı nahiyələrinin qançırları, sol əlin III barmağının, sağ budun və sağ baldırın II dərəcəli termiki yanıq yaraları kimi, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Azyaşlıların aldıqları bədən xəsarətlərinin əmələ gəlmə müddətlərinin ataları və analıqları ilə birlikdə yaşadıqları vaxta uyğun gəlməsi məhkəmə-tibbi ekspertizasının rəyləri ilə bir daha təsdiq olunub.
İstintaq zamanı azyaşlılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Sabunçu rayon İcra Hakimiyyəti başçısının yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndələrinin, 371 saylı orta məktəbin ixtisaslaşmış müəllim-psixoloqu və xalasının iştirakı ilə ataları və analıqları tərəfindən işgəncələrə məruz qalmaqla çoxsaylı bədən xəsarətləri yetirilməsi barədə ifadə veriblər.
X.Əkbərov və N.Əkbərova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin 127.2.2, 133.2.3 və 133.2.4-cü maddələri ilə ittiham elan olunub, X.Əkbərov barəsində məhkəmənin qərarı ilə həbs, N.Əkbərovanın 6 aylıq hamilə olması nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə azyaşlılar barəsində əlavə komissiyon məhkəmə-tibbi və kompleks məhkəmə psixatrik və psixoloji ekspertizaları təyin edilib, bundan başqa onların "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının təmin edilməsi məqsədi ilə atası X.Əkbərovun valideyn hüququndan məhrum edilməsi üçün əsaslar olduğu halda müvafiq tədbir görülməsini təmin edilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Sabunçu və Ağcabədi rayon İcra Hakimiyyətlərinə müraciət olunub. Eyni zamanda azyaşlıların müalicə və sosial reabilitasiyasının həyata keçirilməsi, onların mövcud vəziyyətə adaptasiyasının təmin edilməsi və psixoloji durumlarının korreksiya olunması məqsədilə peşəkar mütəxəssislər cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Masallıda şagird kimyəvi məhluldan xəsarət aldı: Araşdırma aparılır
-
Murad Axundov iki həftə sonra vəzifəsindən ayrıldı
-
Bu yol sabahdan bağlı olacaq
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qayda tətbiq edilir
-
Daha bir toyda kütləvi zəhərlənmə olub
XƏBƏR LENTİ
-
Masallıda şagird kimyəvi məhluldan xəsarət aldı: Araşdırma aparılır
-
Murad Axundov iki həftə sonra vəzifəsindən ayrıldı
-
Bu yol sabahdan bağlı olacaq
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qayda tətbiq edilir
-
Göz quruluğunun səbəbi bəlli oldu
-
Daha bir toyda kütləvi zəhərlənmə olub
-
Bakının ən bahalı ünvanları: qiymətlər
-
Əməkdar artist Arzu Əliyevanın yeni işi
-
Ronaldudan sonra Portuqaliyanın yeni "7 nömrə"si - (Foto)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb – Baş Prokurorluq
-
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoran bağlandı - (Foto)
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı
-
Ağstafada müəllimlər arasında dava: "Məni telefonla çəkirdi" - (Yenilənib)
-
Hacıqabulda qəza - 4 nəfər xəsarət alıb
-
Gəncədə 5 şagird zəhərlənib, məktəbin bufeti bağlanıb - (Yenilənib)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu





