Mətbuat Şurası bəzi qəzetlərə xəbərdarlıq etdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Şuradan Milli.Az-a verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Komissiya ilk olaraq Ağsu rayon sakini Səadət Mehdiyevanın "Bələdiyyə birliyi" qəzetinə qarşı şikayətini araşdırıb. Komissiya müəyyən edib ki, şikayət doğuran materiallarda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın 1-ci prinsipinin (Həqiqətə xidmət, dəqiqlik və obyektivlik) tələbləri pozulub. Qəzetdə Səadət Mehdiyeva haqqında dərc edilən yazıda kəskin ifadələr və ittihamlar yer alsa da, onun mövqeyi öyrənilməyib, material birtərəfli hazırlanıb. Qəzet təmsilçisi hərəkətlərini əsaslandırmaq üçün Komissiyaya heç bir tutarlı arqument təqdim etməyib. "Bələdiyyə birliyi" qəzeti ilə bağlı məsələnin geniş araşdırılmasının MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına həvalə edilməsinə dair rəy verilib.
Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin "Aktualinfo.org" xəbər portalına qarşı şikayəti də araşdırılıb. Şikayətçi bildirib ki, "Aktualinfo.org" xəbər portalında Universitet barədə tənqidi material yayılıb. Faktlar birtərəfli işıqlandırıldığı, əsassız ittihamlarla zəngin olduğu üçün redaksiyaya təkzib məktubu göndərilib. Təkzib dərc edilsə də, ona şərhlər qoşulub və kontekstdən çıxarılıb. Portal rəhbərliyi Komissiyanın yeni təkzib mətni dərc etməsi barədə tövsiyəsini qəbul edib.
Bakı şəhəri 244 nömrəli tam orta məktəbin direktoru Yəhya Abbasovun "Azxeber.com", "Aktualxeber.az" saytlarına qarşı şikayəti, şikayətçinin iclasa qatılmaması və əsaslandırma üçün zəruri faktlar tədim etməməsi səbəbindən baxılmamış saxlanılıb.
"Qarabağ" qəzetinin əməkdaşı Əntiqə Aslanovanın qəzetin baş redaktoruna qarşı şikayəti də müzakirə edilib. Baş redaktor mövqeyini əsaslandırmaq üçün əlavə sənədlərə ehtiyacın olduğunu bildirib və müzakirələrin növbəti toplantıya keçirilməsini istəyib. Komissiya bu istəyi təmin edib, məsələnin müzakirəsi növbəti iclasa saxlanılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İsraildə 5 ağır əməliyyat keçirdim
-
Bu yolda çökmə halları niyə təkrarlanır?
-
Gəncədə fərdi yaşayış evində yanğın oldu
-
Niyə bazar ertəsi özümüzü yorğun hiss edirik?
-
Masallıda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
-
Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik - Vyetnam Prezidenti
-
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır
-
Hörmüz boğazında ABŞ PUA-sı məhv edildi
-
Bakıda kişi futbol oynayarkən öldü
-
Yol polisi sürücülərə müraciət etdi
-
YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi - Kamaləddin Qafarov
-
Tramp və Putin görüşünün pərdəarxası
-
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Türkiyəli aktyor çəkiliş zamanı yaralandı, əməliyyat oldu - (Foto)
-
Səhiyyə naziri həmkarının ürəyini əməliyyat etdi - Qırğızıstanda
-
UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı
-
İşləyən pensiyaçılarla bağlı yeni xəbər
-
Neftin qiymət bahalaşdı
-
Vyetnamda Azərbaycan xalq mahnısı “Ey Vətən” ifa olunub - (Video)
-
Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək
-
Peruda güclü zəlzələ baş verdi
-
Şəmkirdə qadın abort zamanı öldü
-
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - (Foto)





