"Qadın sahibkarlığının inkişaf etdirilməsi qarşıda duran prioritet məsələlərdəndir" - KOBİA İdarə Heyətinin sədri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sahibkarlıq, xüsusilə kiçik və orta biznes həmişə olduğu kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların hazırkı mərhələsinin mərkəzində dayanır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O.Məmmədov bildirib ki, ölkəmizdə sahibkarlığın inkişafına əsaslanan, diversifikasiya olunmuş, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi artımı təmin edən milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq dövlət siyasətinin başlıca hədəflərindədir:
"Son illər ölkədə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində bu sahədə bir sıra əhəmiyyətli nailiyyətlər əldə olunub, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, sahibkarlar, o cümlədən qadın sahibkarlığı cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib. Ölkəmizdə qadınların iqtisadi təşəbbüskarlığının artırılması sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, artıq qadınlarımız ölkəmizdə sahibkarlığın inkişafında mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar".
KOBİA İdarə Heyətinin sədri vurğulayıb ki, qadın sahibkarlığının inkişaf etdirilməsi də Agentliyin qarşısında duran prioritet məsələlərdəndir: "Agentlik tərəfindən qadın sahibkarlığının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması və bu məqsədlə də müvafiq mexanizmlərin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bununla yanaşı, qadın sahibkarlara informasiya dəstəyi vermək üçün qadınların sahibkarlıqla bağlı zəruri olan məlumatlara əlçatanlılığının təmin edilməsi məqsədilə Agentliyin internet səhifəsində xüsusi bölmə yaradılıb və müntəzəm olaraq qadın sahibkarlar ilə bağlı məlumatlar bu səhifədə öz əksini tapır. Xalq yaradıcılığı sahələri ilə bağlı kreativ sənaye biznesi nisbətən yeni sahə olsa da, dünyada artıq bir sektor kimi formalaşıb. Bir sıra ölkələrdə, hətta Ümümi Daxili Məhsulda və ixracda əhəmiyyətli paya malik olub. Xüsusilə Böyük Britaniya, Cənubi Koreya, Çin, Türkiyənin bu sahədə uzunmüddətli inkişaf yolu mühüm uğurlarla müşayət edilməkdədir. Digər sahələrlə yanaşı, ölkəmizdə kreativ sənayenin yaranması və inkişafı istiqamətində irəliləyişlər hiss edilməkdədir. İncəsənət sahələri ilə bağlı biznes fəaliyyətlərinin sənaye halına gətirilməsi isə bir sıra məsələləri aktual edir. İlk addım kimi kreativ sənayenin inkişaf potensialına dair araşdırmanın aparılmasını zəruri hesab edirik. Müqayisəli üstünlük əsasında aparılacaq bu araşdırma ölkəmizin bu sahədə rəqabətqabiliyyətlilik seqmentlərinin müəyyən edilməsinə və gələcəkdə dəstək tədbirlərinin ünvanlılığının və bu əsasda səmərəliliyinin təmin edilməsinə şərait yaradacaq. Qeyd olunan araşdırma sənədi, eyni zamanda bu sahədə ölkəmizin hədəflərinin müəyyən edilməsi üçün baza rolunu oynayacaq.
Digər bir mühüm məsələ bu sahənin əhatəli statistikasının olmaması ilə bağlıdır. Bu çatışmazlıq sahənin mövcud vəziyyətinin və inkişaf trendlərinin müəyyən edilməsində çərinlik yaradır.
Bu biznes də ölkədə sahibkarlığın inkişafına yönəlmiş təşkilati-iqtisadi modellər və çoxsaylı dəstək tədbirlərindən faydalana bilər. Təbii ki, sahənin özünəməxsus cəhətləri, spesifik dəstək və tənzimləmə alətləri tələb edə bilər. Agentlik olaraq fəaliyyətimizi dövlət qurumları və sahibkarlarla sıx əməkdaşlıq şəraitində, dövlət-sahibkar dialoqu şəraitində qurmağa çalışırıq. Bu baxımdan maraqlı tərəflərin iştirakı ilə bu sahənin inkişafı ilə bağlı məsələlərin də müzakirəsini diqqət mərkəzində saxlayacağıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Aşk-ı Memnu"nun aktrisası vəfat etdi - (Foto)
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
XƏBƏR LENTİ
-
"Aşk-ı Memnu"nun aktrisası vəfat etdi - (Foto)
-
Avropa Liqası: “Beşiktaş” Fransa nəhəngini darmadağın etdi
-
Nə yaşıl, nə də qara: Ən sağlam çay məlum oldu
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)





