Ölkə

"Azəristiliktəchizat": "Bu gün mövcud borc vətəndaşa təsir etməyəcək"

14 Noyabr 2019 12:48
1 Şərh     Baxış: 1 440

Bu gün binalarda istilik sisteminin quraşdırılmasında əsas problemlər binadaxili istilik təchizatı sistemindəki qüsurlardır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

İ.Mirzəliyev bildirib ki, respublikanın dağ rayonlarında artıq noyabrın 1-dən istilik təhzitatı təmin edilib: "Gələcəkdə 110 istilik mənbəsi, 84 qazanxanaın qurulmasını planlaşdırırıq. Bu isə ümumilikdə 950 yeni iş yeri yaradılması deməkdir".

Qurum rəsmisi deyib ki, hazırda 300-dək bina istilik təchizatı ilə təmin edilməyib:

"Bizim hazırda Azəriqaz-a borcumuz var. Bunu gizlətmirik. Bir müddət əvvəl ölkə başçısınin göstərişi ilə bu borc əvəzləndi. Amma onu deyim ki, bu gün mövcud borc vətəndaşa təsir etməyəcək. Hazırda bizim xidmət ərazimizdə 4500-dək bina var. Amma onlardan 300-də istilik təchizatı praktik cəhətdən mümkün deyil. Bunlar Nərimanov, Nəsimi rayonları və şəhərin mərkəzində olan bəzi binalardır".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Elvin · 14 Noyabr 16:0120

    YAMAN GÜCLÜ İSTİLİK VERİRSİZ HAA

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.