Koreya Respublikasının Prezidenti Mun Ce-in AZƏRTAC-ın rəhbərlik etdiyi OANA-nın nümayəndə heyətini qəbul edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 7-də Koreya Respublikasının Prezidenti Mun Ce-in Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyasında iştirak edən agentliklərin rəhbərlərini qəbul edib.
OANA-nın XVII Baş Assambleyası Seulda işə başlayıb və iki gün davam edəcək. Assambleyada 32 xəbər agentliyinin rəhbərləri və nümayəndələri iştirak edirlər. Bu təşkilata 2016-cı ildən AZƏRTAC sədrlik edir.
OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezident Mun Ce-in xəbər agentliklərinin sülhün və sabitliyin təmin edilməsində böyük rol oynadığını qeyd edib. Feyk xəbərlərin sürətlə yayıldığı indiki dövrdə xəbər agentliklərinin əhəmiyyətini xüsusi vurğulayan Prezident etimadın media üçün vacib rol oynadığını diqqətə çatdırıb.
Sonra çıxış edən OANA-nın prezidenti Aslan Aslanov "Jurnalistika üçün yeni çağırışlar: Texnoloji yeniliklər və xəbərlərin etibarlılığı məsələsi" mövzusunda keçirilən konfrans və Baş Assambleya barədə məlumat verib. "Texnoloji yeniliklər agentliklər üçün həm çətinliklər yaradır, həm də yeni imkanlar açır. İKT sənayesində lider ölkələrdən olan Koreya Respublikasında bu müzakirələrin aparılması bizim üçün önəmlidir. Biz toplantılarda mediaya ictimai etimad məsələsi, həmçinin feyk xəbərlərin zərərləri və təhlükələri barədə fikir mübadiləsi aparırıq. Bu mənfi hallar jurnalistikanın əsas prinsiplərinə təhlükədir", - deyə Aslan Aslanov qeyd edib.
Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Ço Sanq-bonun, Çinin Sinxua agentliyinin vitse-prezidenti Siyanq Liunun, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylovun, Vyetnamın VNA agentliyinin baş direktoru Loi Nquyen Dukun və digər agentliklərin rəhbərlərinin suallarını cavablandıran Prezident Mun Ce-in Koreya yarımadasında sülhün təmin olunması, iqtisadi inkişafın gücləndirilməsi istiqamətində görülən işlər barədə danışıb. "Qarşımızda keçilməli olan çox sayda sədlər var. Amma mən inanıram ki, sizin dəstəyinizlə sülh istiqamətində yeni tarixi addımlar atılacaq. Mən OANA-nın hər bir üzvünə uğurlar arzu edirəm və təşkilatın inkişafı və təkmilləşdirilməsinə verdiyi töhfələrə görə qurumun prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova təşəkkür edirəm", - deyə Prezident Mun Ce-in bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İsraildə 5 ağır əməliyyat keçirdim
-
Bu yolda çökmə halları niyə təkrarlanır?
-
Gəncədə fərdi yaşayış evində yanğın oldu
-
Niyə bazar ertəsi özümüzü yorğun hiss edirik?
-
Masallıda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
-
Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik - Vyetnam Prezidenti
-
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır
-
Hörmüz boğazında ABŞ PUA-sı məhv edildi
-
Bakıda kişi futbol oynayarkən öldü
-
Yol polisi sürücülərə müraciət etdi
-
YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi - Kamaləddin Qafarov
-
Tramp və Putin görüşünün pərdəarxası
-
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Türkiyəli aktyor çəkiliş zamanı yaralandı, əməliyyat oldu - (Foto)
-
Səhiyyə naziri həmkarının ürəyini əməliyyat etdi - Qırğızıstanda
-
UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı
-
İşləyən pensiyaçılarla bağlı yeni xəbər
-
Neftin qiymət bahalaşdı
-
Vyetnamda Azərbaycan xalq mahnısı “Ey Vətən” ifa olunub - (Video)
-
Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək
-
Peruda güclü zəlzələ baş verdi
-
Şəmkirdə qadın abort zamanı öldü
-
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - (Foto)





