Seulda OANA-ya üzv agentliklərin rəhbərləri və nümayəndələri üçün rəsmi qəbul təşkil olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 7-də Koreya Respublikasının paytaxtı Seulda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası öz işinə başlayacaq.
Bununla əlaqədar noyabrın 6-da OANA-ya üzv agentliklərin rəhbərləri və nümayəndələrinin şərəfinə Seul şəhərinin meri Park Von Sunun iştirakı ilə rəsmi qəbul təşkil edilib.
Yonhap agentliyinin prezidenti Ço San Bo Baş Assambleyanın keçirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib. O, üzv agentliklərin təşkilatın işində yaxından iştirak etdiyini bildirərək AZƏRTAC-ın OANA-ya sədrliyi dövrünün bir sıra yeniliklərlə yadda qaldığını vurğulayıb.
Sosial şəbəkələrin və onlayn medianın sürətlə inkişaf etdiyi bir vaxtda informasiya agentliklərinin rolunun daha da artdığını deyən Seul şəhərinin meri Park Von Su OANA-nın jurnalistikanın əsasını təşkil edən dəyərli ənənələri qoruyub saxlamasından məmnunluğunu ifadə edib. Yeni texnologiyaların jurnalistikanın inkişafına təsir etdiyini deyən mer bunun mətbuat üçün həm çağırışlar yaratdığını, həm də yeni imkanlar açdığını söyləyib.
Baş Assambleyanın gündəliyi barədə məlumat verən OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov iclaslarda medianın inkişafı meyillərinin müzakirə olunacağını, OANA-nın bir sıra təşkilati məsələlərinin həll ediləcəyini deyib. "İki gün davam edəcək Baş Assambleyada biz üzv agentliklərin əməkdaşlıq perspektivləri, təşkilatın təkmilləşdirilməsi yolları barədə müzakirələr aparacaq, OANA Mükəmməllik Mükafatını qaliblərə təqdim edəcəyik. Əminəm ki, bu, Baş Assambleya da təşkilatımızın tarixində bir sıra həlledici qərarlar və yanaşmalarla yadda qalacaq", - deyə A.Aslanov bildirib.
OANA-nın XVII Baş Assambleyası noyabrın 7-8-də Yonhap agentliyinin təşkilatçılığı ilə keçiriləcək. Assambleyada təşkilatın yeni sədri və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. AZƏRTAC 2016-cı ildən 35 ölkədən 44 agentliyi birləşdirən bu media qurumuna rəhbərlik edir. OANA-nın XVI Baş Assambleyası 2016-cı il noyabrın 18-də Bakıda keçirilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapılıb
-
Azərbaycan kartofdan milyonlar qazandı
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Geyimdən çox rahatlığınızı düşünün"
-
Ağstafada ağır qəza: Ölən və xəsarət alan var
-
Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib - (Foto)
XƏBƏR LENTİ
-
Nektarini uzun müddət təzə saxlamağın yolu
-
Kartof qabığını atmayın: Ləkəni kökündən çıxarır
-
Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər
-
Asiyalı qadınlar bu üsulla istənməyən tüklərini azaldır
-
Bu bitki yağı bədəndə iltihabı azaldır
-
Yay salatı üçün yüngül sousun resepti
-
Aşpazların sirri: Pomidor sousunu belə ləzzətli edin
-
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır
-
Paltaryuyan maşındakı bu rejimi hamı səhv başa düşür - Əslində nə üçündür?
-
Cəmi 3 tərkiblə: Mükəmməl tut mürəbbəsi resepti
-
Yayda buzlu su içmək həmişə faydalıdırmı?
-
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
-
Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapılıb
-
Azərbaycan kartofdan milyonlar qazandı
-
"Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif etməyə hazırdır
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Turist ağzında mağazadan 200 min dollarlıq brilyant apardı
-
"Geyimdən çox rahatlığınızı düşünün"
-
Ağstafada ağır qəza: Ölən və xəsarət alan var
-
Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib - (Foto)
-
Ukraynanın Xəzərdə gəmiyə hücumuna cavab veriləcək - Əraqçı
-
“Filenin Sultanları” tarix yazdı
-
Messi heyətdən çıxarıldı
-
Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu





