Ölkə

Bu bölgələrə ilk qar düşdü - VİDEO

2 Noyabr 2019 12:40
1 Şərh     Baxış: 3 695

Azərbaycanın bəzi bölgələrinə ilk qar düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün səhərdən Gədəbəy və Daşkəsən rayonlarına ilk qar düşüb.

Sakinlərin bildirdiyinə görə, əsasən dağlıq ərazilərə düşən qarın hündürlüyü 5-10 santimetr olub.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Rasim · 3 Noyabr 18:5100

    Gedebeyde ilk qar sentyabrin sonunda yagib. Onda hech Xinaliqda yagmamishdir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.