Ölkə

Məşhurlar qadınlara qarşı zorakılığdan danışdı: Xanımını öldürən kişini camaatın gözü qarşısında...

14 Oktyabr 2019 19:34
7 Şərh     Baxış: 3 129

Ötən həftə ölkə mətbuatı həyat yoldaşı, qayını, qardaşı və digər yaxınları tərəfindən vəhşicəsinə öldürülən qadın ölümləri ilə yadda qaldı. Sosial şəbəkələrdə qadın zorakılığı mövzusu geniş müzakirə obyekti oldu.

Milli.Az xəbər verir ki, Publika.az məsələ ilə bağlı tanınmış ziyalıların fikirlərini öyrənib.

Xalq artisti Faiq Ağayev hesab edir ki, dünyagörüşlü, həyatını müstəqil yaşayan insan heç zaman qadına nəinki qarşı vəhşilik edər, heç əlini də qaldırmaz:

На изображении может находиться: 1 человек, стоит и костюм

"Üstəlik siyasi partiya liderlərdən birinin çıxıb "Qadın ərinə tabe olmalıdır" deməsi, çox pis nümunədir. Ona qulaq asıb kimsə yenə gedib uşağının gözünün qabağında həyat yoldaşını öldürəcək, kimsə yenə həyat yoldaşını onunla intim əlaqəyə girmədiyi üçün bıçaqlayacaq, bir başqası da qadını atın ayağına bağlayıb yerdə sürüyəcək... Bu hadisələrin hamısı savadsızlıq və cəhalətin, əslində kişi gücsüzlüyünün nümunəsidir. Kəskin şəkildə qınayıram! Çox istərdim ki, ictimai qaydada məhkəmə prosesi aparılsın və bu vəhşiliyi edən şəxs camaatın gözü qarşısında cəzalandırılsın. Əgər onların savadı, ağlı və dünyagörüşü çatmırsa, qoy qorxu qalanlarına nümunə olsun.

Azərbaycan mentallığında qadın heç vaxt ikinci sayılmayıb, bu fikri 21-ci əsrin astanasında düşüncəsi dar insanlar xalqa sırımağa başlayıb. Dünyadan xali olan, savaddan kasad olmayan insan o hərəkəti etməz. Mən 1971-ci il təvəllüdlüyəm. Mənim zamanımda heç kim qadına ikinci sort insan kimi baxmayıb".

Sənətçi xəyanət üstündə baş verən cinayət hadisələrini belə şərh edib:

"Qadın və kişi xəyanəti ikili standartlardır, nə qədər müasir olsaq da, ikili standartın təsiri üzərimizdədir. Heç bir tərəfin xəyanət etməyə haqqı yoxdur. Kişinin də! Çünki Allah qarşısında bir insanı aldadır, ona bütün varlığı ilə bağlı olan birinə yalan danışır... Əxlaq tək qadına aid olan dəyər deyil, hər kəsə xas olan xüsusiyyətdir, bunun kişisi, qadını yoxdur. Fərqi yoxdur, kişi və ya qadın, xəyanət edirsə, yarısı qarşısında günahkardır".

Azərbaycanın Əməkdar idman ustası olan Zülfiyyə Hüseynova məsələyə daha sərt münasibət sərgiləyib:

Image result for zülfiyyə hüseynova

"Bu ömrü biz verməmişik ki, onu alaq. Ömrü verən Allahdır, heç kimin haqqı yoxdur ki, kimisə öldürsün. Allah-Təala Həvvanı Adəmin qabırğasından yaradıb, qabırğanı çox sıxmaq olmaz sına bilər, çox boş buraxmaq da olmaz, əyilə bilər. Odur ki, vəziyyəti balansda saxlamağı bilməlisən. Əgər həyat yoldaşını, bacını və ya qızını başlı-başlına buraxmısansa, sonradan onu namus-qeyrət üstündə öldürməyə haqqın yoxdur. Əvvəlcədən qorumalı idin ki, pis yola düşməsin. Ən azından ona görə ki, ömrü verən Allahdır, onun yaratdığı heç nəyə müdaxilə etmək olmaz. Allah hər kəsi islah etsin, Allahın yoluna qayıtsınlar ki, bir də belə hadisələr olmasın. Allahsızlıq insanlara çox günahlar etdirir".

Qadın xəyanətinə çox kəskin reaksiya bildirən idmançı sözlərinə belə davam edib:

"İslamda zina zinadır, fərq etmir ki, sən kişisən, ya qadın. Haram qadın üçün də, kişi üçün də haramdır. Amma etiraf edək ki, xəyanət qadına yaraşmır. Ən azından qadın ağ vərəqdir, ağa ləkə dəydisə, onu heç bir zaman yumaq olmur. Gərək o vərəqi elə qoruyaq ki, ona sona qədər ləkə dəyməsin. Qadın öz şərəf və ləyaqətini qorumalıdır. Nə atası, nə anası, nə əri, nə də ki, qardaşı üçün... İlk növbədə öz adına görə".

Filosof Müşfiq Şükürov qadınlara qarşı zorakılığın artma səbəblərini belə izah edib:

Image result for müşfiq şükürov

"Təəssüf doğuran hadisələrdir, ard-arda gəlməsi də bir ayrı dərd. İnsanlar ailə həyatlarından narazıdırlar, cəmiyyətdə aqressiya artıb və içəri basdırılan bu aqressiya ailə qatında özünə ifadə tapmağa başlayıb. Ailə zorakılığı faktlarının artmasını mən bununla izah edirəm. Bu həmişə belə olur, adamlar hirsini, əsəbini yaxın ətraflarına tökür, çöl həyatındakı uğursuzluqlarının heyfini evdəkilərdən çıxırlar. Yoxsa ki, azərbaycanlılar ailəsevərdilər, uşaqlarına düşkündürlər ümumən".

Görkəmli şair, yazıçı, kinodramaturq İlqar Fəhmi mövzuya başqa prizmadan yanaşıb:

"Hesab etmirəm ki, bizim cəmiyyətdə qadınlara ikinci dərəcəli baxılır. Azərbaycanda qadınların rolu yüksək səviyyədədir, bir çox sahələrdə aktiv fəaliyyətdədirlər. Ümumiyyətlə, hər bir cəmiyyətin aşağı və ya cahil təbəqəsində bu cür məişət cinayət hadisələri baş verəndə əsas diqqət qadınlara yönəlir. Amma baxsaq, görərik ki, qadınların qadınlara, kişilərin kişilərə, hətta qadınların kişilərə qarşı zorakılıq hadisələri az deyil. Sadəcə belə bir tendensiya yaranıb ki, on cinayət hadisəsi varsa, ikisi konkret qadınlarla bağlıdırsa, bu, şişirdilir, qalanları kölgədə qalır.

Related image

Halbuki, bizim radikal dini məsələlərə meyil edən gənclərimiz, yaxud da narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayət hadisələri kimi ciddi problemlərimiz var. Müəyyən istiqamətdə qadın zorakılığı ilə bağlı olan cinayətlər qalmaqal yaratmağa qadirdir deyə, müəyyən mənada məhz onlar şişirdilir. Təəssüflər olsun ki, cəmiyyət üçün ondan daha təhlükəli və faciəvi olan məsələlər qalır kənarda. Azərbaycanın 50-60 il əvvəlki cinayət xronikalarına baxsaq, cəmiyyətin aşağı təbəqələrində yüzlərlə belə cinayətlər tapmaq olar. Hesab edirəm ki, bunlar böyük faciələr deyil. O mənada ki, tək-tək hadisələrə istənilən dövrdə və istənilən ölkənin cinayət xronikalarında rast gəlinir. İstər Avropa, istərsə də Amerikanın ən inkişaf etmiş ölkəsi olsun. Bu baxımdan, konkret olaraq hansısa hadisələrin ictimailəşdirilməsi narazılıq yaradır".

O, Sərdar Cəlaloğlunun "Qadın ərinə tabe olmalıdır" sözlərinə isə belə münasibət bildirib:

"Tabeçilik deyəndə, baxır nə nəzərdə tutulur. Kişi qadının hər addım və kəlməsini idarə edə bilməz. Eyni zamanda, ailə deyilən qurumun müəyyən öhdəlikləri olduğunu unutmaq olmaz. Bu öhdəliklər isə sadəcə qadına şamil olunmur.

Müəyyən bir idarədə çalışırsansa, tam olaraq bütün iradəni rəisinə tabe etmirsən, amma orda işləyirsənsə, müəyyən qayda-qanunlara tabe olursan. Tabe olmayan işçini ya cəzalandırır, ya işdən çıxardır, ya da məhkəməyə verirlər. Müəyyən bir sosial quruma daxil olursansa, qəbul etməlisən ki, azadlığın bir hissəsindən məhrumsan. Azad olmaq istəyirsənsə, nə ailə qur, nə bir adama yaxın dur, get, öz həyatını yaşa. İstənilən sosial qurumun öz qaydaları var. Ailə özü də sosial qurumdur, onun birgəyaşayış qaydaları var. Orda nə tam iradə azadlığı var, nə də tam məhkumiyyət. Orta yol var ki, müəyyən məqamlarda sərbəstsən, müəyyən məqamlarda artıq digər tərəfi də nəzərə almalısan".

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Şalimar · 14 Oktyabr 19:45154

    Ən çox Faiqin dedikləri ürəyimdən tikan çıxardı. Çox razıyam dedikləri ilə. Fikirlərini mükəmməl ifadə edib hər zaman olduğu kimi.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Oktyabr 20:01104

    Bir onu deqiq bilirem ki, namus, qeyret perdesi altinda olan bele cinayetlere e ölüm hokmu berpa olunmayinca qarsisin hec cure ala bilmeyecekler.1 ce yolu var ölüm hokmun berpa etmek

    Cavab yaz
  • Anonim
    Ana · 14 Oktyabr 20:18183

    Faiq Aqayeve halal olsun. Cox doqru izah edib.Kash ki, hami bele dusunceye sahib olaydi.Teessuf ki, bezileri hele de cahil fikirlerinde qalib qadinlar haqqinda olmelidir deyirler.Inanin ki, men qizimi ere vermeye qorxuram.Oxumus, elmli bir qizin bele vehsi insanlarin eline dusmeyinden qorxuram.Her gun esitdiklerimiz, gorduklerimiz adami urpedir.Min bir eziyyetle ananin atanin boyutduyu qizlar gede gudelere qurban gedirler.Allah axirimizi xeyirli elesin.

    Cavab yaz
    • Anonim
      Kişi · 14 Oktyabr 22:3725

      Vallah tanıdığım çox normal oğlanlar varki, sizin qorxduğunuz kimi qorxub evlənməyə qız tapmırlar. Məncə məsələyə birtərəfli baxırıq.

      Cavab yaz
  • Anonim
    ASİ · 14 Oktyabr 21:0282

    Nahaq yere qadina qalxan eller dibinden baltalanmalidir ki, ikinci defe havaya qalxmaga el olmasin!!!

    Cavab yaz
  • Anonim
    M · 15 Oktyabr 18:0000

    cemiyyet uzaqdan gelir.bir cemiyyet bir mexanizmdir ve unitar olaraq çalışır.cemiyyetde baş veren her bir yegane hadiseni cemiyyet özü hazırlayır.bu cemiyyetde baş veren her şeyde bu cemiyyetin xalq artistinin de,emekdar idman ustasının da,filosofunun da,şairinin de öz töhfesi var.az-çox her bir kesin öz payı var ve her kes cavabdehdir.hamı ele danışır ki,sanki başqa planetden gelib,göyden zenbille düşüb bu cemiyyete.

    Cavab yaz
  • Anonim
    M · 15 Oktyabr 18:2100

    ümumi menafeyi,cavabdehliyi,mesuliyyeti düşünmeyen,buna çalışmayan,ancaq özünü düşünen,yaxşılığı kenardan gözleyen ferdlerin cemleşdiyi sürü heç vaxt düzelmez!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.