İşə qəbul müsabiqəsinin nəticələri bəlli olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin yekun nəticələri bəlli olub.
İdarədən Milli.Az-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsində uğurlu nəticə göstərən 404 nəfərin 246-sı vakansiya seçimi prosesinin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanıb. Onlardan 35-i təlim-tərbiyə işləri üzrə direktor müavini, 26-sı tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 8-i gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 18-i psixoloq, 16-sı uşaq birliyi təşkilatı rəhbəri, 116-sı laborant, 27-si kitabxanaçı vəzifəsinə işə qəbul olub.
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, kitabxanaçı, uşaq birliyi təşkilatı rəhbəri, laborant vəzifəsi üzrə işə qəbul hüququ qazanmış şəxslər şəxsi işləri ilə birlikdə müvafiq ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər.
Təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələrinə işə qəbul hüququ əldə etmiş şəxslər əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən dəvət ediləcək.
Müsahibə mərhələsində uğurlu nəticə göstəməsinə baxmayaraq müsabiqədə iştirak edən digər iştirakçıların daha yüksək nəticə göstərməsi səbəbindən seçdikləri vakansiyalar üzrə yerləşə bilməyənlər yeni vakansiyalar yarandıqca işə qəbul üçün dəvət ediləcək.
Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayır
-
Hind aktyoru fanatları ilə görüşə gülləkeçirməz kabinədə gəldi - (Video)
-
Qızıl almaq istəyənlərin diqqətinə - Əsl vaxtdır
-
Pensiyalar bu tarixdə veriləcək
-
Britni Spirs: "Mənimlə qul kimi rəftar edirdilər"
-
Oturduğu kafenin sahibini hesaba görə bıçaqladı
XƏBƏR LENTİ
-
Rusiyanın itkiləri yeniləndi
-
Nikol Paşinyan Brüsselə yollandı
-
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayır
-
Hind aktyoru fanatları ilə görüşə gülləkeçirməz kabinədə gəldi - (Video)
-
Qızıl almaq istəyənlərin diqqətinə - Əsl vaxtdır
-
Çempionlar Liqasında IV turun həyəcanı başlayır – 9 matç var
-
Dünya bazarında neft bahalaşdı
-
Pensiyalar bu tarixdə veriləcək
-
Britni Spirs: "Mənimlə qul kimi rəftar edirdilər"
-
Oturduğu kafenin sahibini hesaba görə bıçaqladı
-
Bakının 4 rayonunda işıqlar kəsiləcək
-
Evdən avtomobillə çıxanların nəzərinə
-
Kasıblıq tələsi yaradan 4 cümlə: Psixoloqlardan maliyyə xəbərdarlığı
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
Qəhvəyə 1 çay qaşığı əlavə edin: Şəkəri əvəz edir, arıqlamağa kömək edir
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu





