Bakıda qanunsuz anbarlar aşkarlandı - Külli miqdarda dərman... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Binəqədi rayonunda külli miqdarda dərmanın anti-sanitariya şəraitində saxlanıldığı qanunsuz anbarlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Milli.Az-a verilən məlumata görə, bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında gömrükçülər Gürcüstandan külli miqdarda, 2 milyon manat dəyərində dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıb.
Həmin faktla bağlı cinayət işinin istintaqı zamanı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı ilə Binəqədi rayonu, Biləcəri - Baksol yolunda yerləşən anbarlara maddi məsul şəxslərinin iştirakı ilə axtarış və götürmə istintaq hərəkəti həyata keçirilib.
Bu zaman həmin ərazidə 4 anbarın olduğu, həmin anbarlarda Qədirov Xəqani Dilqəm oğlunun idarə etdiyi "DAF" markalı, 99RM810/60ZA811 və "DAF FTXF 105" markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı nəqliyyat vasitələrində aşkarlanan və eynilik təşkil edən dərman preparatları da daxil olmaqla, ümumilikdə 75 adda 4555 qutu tibbi avadanlıq və 33 adda 3508 qutu dərman preparatlarının (altı ədəd dolu yük avtomobili həcmində) anti-sanitariya şəraitində saxlanıldığı müəyyən edilib. Həmin tibbi avadanlıq və dərman preparatları normativ-texniki sənədlərin tələblərinə cavab verib-verməməsi, dövlət qeydiyyatından keçib-keçməməsi, yararlı olub-olmamasının müəyyən edilməsi üçün götürülüb.
Bundan əlavə, istintaq hərəkəti zamanı faktiki olaraq anbara daxil olan və çıxan, tibbi avadanlıq və dərman preparatlarının adlarının əks edildiyi, ciddi hesabat sənədləri olmayan, 3 ədəd "qara" mühasibatlıq kitabçaları və digər əlyazmalar aşkar edilərək götürülüb.
Faktla bağlı zəruri-istintaq hərəkətləri davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakı metrosunda interval azalacaq? - Rəsmi
-
Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı
-
Azad edilmiş ərazilərdə 661 mina və PHS zərərsizləşdirilib
-
Ekspres avtobuslarda yeni qayda
-
Dələduzların yeni üsulu: “MilliÖn” adı ilə saxta ödəniş səhifələri yaradıldı
-
Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
XƏBƏR LENTİ
-
Rusiya Ukraynada 3 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı
-
Bakı metrosunda interval azalacaq? - Rəsmi
-
Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı
-
Azad edilmiş ərazilərdə 661 mina və PHS zərərsizləşdirilib
-
"Tvente" Bakıya 150 azarkeşlə gələcək
-
Azərbaycanın Rusiyaya qeyri-neft ixracı artıb
-
Kremldən Ermənistana KTMT ilə bağlı açıq mesaj
-
Ekspres avtobuslarda yeni qayda
-
Dələduzların yeni üsulu: “MilliÖn” adı ilə saxta ödəniş səhifələri yaradıldı
-
Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
-
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər - Rəsmi
-
Pakistanın Baş Qərargah rəisi Tehrana səfər edib
-
Rüfət Səfərovla bağlı məhkəmədən qərar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanım Mehriban Əliyeva ilə Buxaraya səfərinə dair paylaşım edilib - (Video)
-
Ərinin ölümünü intihar kimi göstərmək istədi - Sabunçudakı qətlin üstü açıldı
-
Bakıya “yağış yağan” avtobuslar gətirilib
-
Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır
-
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub
-
Göyçayda 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
-
40 dərəcəyədək isti olacaq - Proqnoz
-
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
-
Lökbatanda ATS işçisi hasardan yıxılaraq öldü
-
Universitetlərə qəbul nəticələri nə vaxt açıqlanacaq? - Rəsmi
-
Cəlilabadda ziyarətgah ərazisindən sümük qalıqları çıxarıldı





