Bərdə rayon məhkəməsinin hakimi vəzifəsindən azad olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Milli.Az xəbər verir ki, Şuradan Trend-ə verilən məlumata görə, iclasda çıxış edən Şuranın sədri, Ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı mütərəqqi tədbirləri vurğulayıb, hüquqi sahədə islahatlara əsaslı təkan verən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli Fərmanın icrası üzrə ardıcıl işlərə toxunub.
Qeyd edilib ki, hakimlərin hədsiz yüksək olan iş yükünün azaldılması, süründürməçilik hallarının qarşısının alınması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə Fərmana uyğun olaraq hakim ştatlarının sayı 200 vahid artırılıb, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə yeni ixtisaslaşmış məhkəmələr yaradılıb.
Bununla əlaqədar Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi Qaydaları təkmilləşdirilərək namizədlərin seçimində çeviklik artırılıb, onlar üçün daha şəffaf və əlverişli şərait yaradılıb. İyul ayının 25-dən isə Hakimlərin Seçki Komitəsi tərəfindən növbəti müsabiqə elan olunub.
İclasda hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı Komitənin məlumatı dinlənilib. Qeyd olunub ki, sənədlərini təqdim etmiş 206 nəfər hakimliyə namizədlə sentyabrın 15-də Dövlət İmtahan Mərkəzində test imtahanı keçirilib. Suallar müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırılıb və 158 nəfər müvəffəqiyyət qazanaraq növbəti mərhələyə buraxılıb. Hər bir namizədin nəticələri ona dərhal elan olunub və müvafiq arayış təqdim edilib. İmtahan "on-line" rejimində internetlə birbaşa yayımlanıb, çoxsaylı yerli vətəndaş cəmiyyəti və beynəlxalq təşkilat nümayəndələri tərəfindən izlənilərək şəffaf prosedur kimi yüksək dəyərləndirib.
İclasda müsabiqənin növbəti mərhələləri ilə bağlı təşkilati məsələlərə toxunulub, sənəd qəbulunun bundan sonra da davam edəcəyi vurğulanıb. İmtahanların tam şəffaf və obyektiv keçirilməsinin, ən layiqli hüquqşünasların seçilərək hakim vəzifələrinə təyin edilməsinin vacibliyi qeyd olunub.
Həmçinin, iclasda Şura tərəfindən hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına və korrupsiyaya şərait yaradan, süründürməçiliyə və digər neqativ hallara yol verdiklərinə görə 6 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Bərdə rayon məhkəməsinin hakimi Seyfəli Seyfullayevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib. Ciddi nöqsanlara yol vermiş bəzi hakimlərin fəaliyyətinin yerində öyrənilməsi qərara alınıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
XƏBƏR LENTİ
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Qaxda 7 kiloqramdan artıq narkotik aşkarlandı: İki nəfər saxlanıldı
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
-
Prezident İlham Əliyev: Müasir ideoloji işlər aparılmalıdır
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Prezident İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
-
Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
-
Məkkədə bomba həyəcanı - (Video)
-
Məişət zorakılığının qurbanları ilə bağlı yeni məlumat
-
Prezident İlham Əliyev: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
-
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - (Video)
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir





